Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yaydı
Hadisə
- 22 iyun, 2020
- 05:46
Gəncə Şəhər Prokurorluğu
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.
Gəncə Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Hazırda faktla bağlı şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.
Son xəbərlər
10:00
"Böyük Dəbilqə": Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Fərdi
10:00
Azərbaycandakı bankların aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
09:50
Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb
ASK
09:37
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (31.10.2026)
Maliyyə
09:36
Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Sağlamlıq
09:29
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir
Fərdi
09:20
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Hadisə
09:12
Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
Digər ölkələr
09:10
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
Futbol