Gürcüstanda Azərbaycan şirkətinin fındıq fabrikinə silahlı basqın olub
Hadisə
- 20 dekabr, 2018
- 20:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 21 dekabr. REPORT.AZ/ Gürcüstanın Zuqdidi şəhərində yerləşən “Tural Group” adlı Azərbaycan şirkətinə məxsus fındıq fabrikinə silahlı basqın olub.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, saat 22:00 radələrində üç maskalı şəxs fabrik binasına basqın edərək, 50 min lari məbləğində pul oğurlayıb.
Şirkətin meneceri Maya Mikava bildirib ki, basqınçılar fabrik əməkdaşını döyüblər və o, xəstəxanaya çatdırılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi fındıq fabrikindən oğurluq olması faktını təsdiqləyib. Faktla bağlı istintaqa başlanılıb.
Qeyd edək ki, “Tural Group” şirkətinə məxsus fındıq fabriki Zuqdididə ən iri müəssisələrdən biridir. Şirkət 2016-cı ildə qeydiyyata alınıb.
Son xəbərlər
12:47
Azərbaycanda uşağa qulluğa görə müavinət almaq hüququ yeni qaydada müəyyənləşəcək
Maliyyə
12:46
Vüqar Bayramov: "Dəfn müavinəti vəfat edən şəxslərin ailələrinə verilməlidir"
Maliyyə
12:45
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Biznes
12:41
Foto
"ASAN xidmət" və BMT Bakıda dövlət idarəçiliyinin gələcəyini müzakirə edib
Xarici siyasət
12:40
Paşinyan noyabrda Türkiyəyə səfər edəcək
Region
12:40
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Hadisə
12:38
Ceyhun Həsənli "Şəki" basketbol komandasnın baş məşqçisi təyin olunub
Digər
12:38
Elene Qubianuri: "Gürcüstanda illik akvakultura istehsalı təxminən 2 500 ton təşkil edir"
ASK
12:35
Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək
Biznes