Kürdəmirdə sürücü qəza törədib, həyat yoldaşı və oğlu xəsarət alıb
Hadisə
- 08 avqust, 2023
- 13:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda yol qəzası olub, bir ailənin iki üzvü xəsarət alıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Hüseynov Nazim Tapdıq oğlunun idarə etdiyi "KİA" markalı avtomobil yolun kənarına aşıb.
Hadisə zamanı avtomobilin içərisində olan, sürücünün oğlu 22 yaşlı Hüseynov Elnur Nazim oğlu və həyat yoldaşı 44 yaşlı İbrahimova Fazilə Əlövsət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:56
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Digər ölkələr
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region