Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
- 11 oktyabr, 2021
- 17:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 27 yaşlı Xıdırov Elçin Bayram oğlu “Vito Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən yolu keçən Ağsu rayon Kəndoba kənd sakini, 53 yaşlı İbadov Səfa Balakişi oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:59
Foto
Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib
Daxili siyasət
20:49
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Digər ölkələr
20:46
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Futbol
20:37
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Digər ölkələr
20:27
Video
Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb
Daxili siyasət
20:24
Viktor Osimhen zədə səbəbindən bir müddət "Qalatasaray"a kömək edə bilməyəcək
Futbol
20:22
Monteneqro Aİ-yə üzvlük danışıqlarının daha iki fəslini bağlayıb
Digər ölkələr
20:10
Video
"Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb
Xarici siyasət
20:09
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
Region