İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Tbilisidə saxlanılıb
Hadisə
- 21 aprel, 2017
- 09:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 aprel. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə 2015-ci ilin noyabr ayından İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı, 1961-ci ildə anadan olmuş Q.İ. saxlanılıb.
"Report" Gürcüstan DİN-ə istinadən xəbər verir ki, saxlanılan şəxs İnterpolun Bakı şöbəsi tərəfindən axtarışa verilib.
Q.İ. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə cinayət törətməkdə, başqa sözlə, külli miqdarda vergidən yayınma ilə ittiham edilir.
Nazirliyin məlumatına görə, hazırda saxlanılan şəxs barəsində ekstradisiyaya qədər qanunun tələb etdiyi proseslər həyata keçirilir.
В Тбилиси задержан гражданин Азербайджана, находящийся в международном розыске по линии Интерпола
Azerbaijani citizen wanted by Interpol detained in Tbilisi
Son xəbərlər
08:15
Foto
Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir
Xarici siyasət
08:12
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:04
Yaponiyada PHP-də zəifliyə görə hökumət saytları müvəqqəti bağlanıb
Digər ölkələr
07:36
Kolumbiyada polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var
Digər ölkələr
07:06
Yaponiyada əhalinin azalması səbəbindən 145 məktəbin bağlanılması planlaşdırılır
Digər ölkələr
06:32
Bessent Konqresə seçkilərdə demokratların qələbəsinin nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr
06:16
Foto
Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
Xarici siyasət
06:02
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr
05:43
NYT: ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır
Digər ölkələr