Heydər Əliyev prospektində müəyyən edilməmiş yerdən keçən gənc oğlanı maşın vurub - FOTO
Hadisə
- 17 iyul, 2018
- 19:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 iyul. REPORT.AZ/ Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə yeraltı piyada keçidinin üstündə baş verib.
Belə ki, hava limanı istiqamətində hərəkətdə olan 90-TT-756 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş yerdən yolu qəfil keçən 16 yaşlı Aqşin İslamovu vurub. A.İslamov avtomobilin yan güzgüsünə və qapısına çırpılıb.
Hadisə zamanı o, kəllə-beyin travması alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb. Onun avtomobili cərimə meydançasına yerləşdirilib.
Foto: Ruslan Məmmədov
Son xəbərlər
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr
17:21
İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
Digər ölkələr
17:08
Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
Biznes
17:02
Tunis Prezidentinə qarşı son illərin ən böyük etiraz aksiyası keçirilib
Digər ölkələr
16:58
Foto
Tbilisidə azərbaycandilli məktəblərdə ana dilinin tədrisinə həsr olunmuş kitab təqdim edilib
Region
16:42
Video
Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
Hadisə