Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub
Hadisə
- 17 may, 2017
- 05:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şamaxı. 17 may. REPORT.AZ/ Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.
"Report"un Şirvan bürosunun məlumatına görə, ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb.
Belə ki, sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşları tələf olub.
Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdirilir.
Son xəbərlər
15:25
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
ASK
15:22
Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
İKT
15:21
Foto
Azərbaycan-Gürcüstan hərbi təhsildə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb
Hərbi
15:13
Gürcüstan dövlət xidmətlərinin göstərilməsində yeni formatlar tətbiq edir
Xarici siyasət
15:10
Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro köçürüb
Digər ölkələr
15:08
Nəriman Axundzadə: "Ərzurumspor"da daha çox forma şansı qazanacağıma inanıram"
Futbol
15:06
Akvakultura Mərkəzi: Balıq istehsalı maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstün ola bilər
ASK
15:02
Foto
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edib
Hadisə
14:58
Azərbaycanda 10 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
Maliyyə