Göygöldə marşrut avtobusunun sürücüsü bıçaqlanıb
Hadisə
- 07 iyun, 2017
- 20:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göygöl. 8 iyun. REPORT.AZ/ Gecə saatlarında Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, naməlum şəxs Göygöl rayon sakini, 1996-ci il təvəllüdlü Mustafayev Elşən Zirəddin oğluna hələ ki bilinməyən səbəbdən bıçaq xəsarəti yetirib. Nəticədə o, üzündən və boğazından bıçaq xəsarətləri alıb.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyat edilən E.Mustafayevin vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E.Mustafayev Göygöl rayonundakı marşrut avtobuslarından birində sürücü işləyir.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
05:50
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr