Gəncədə yol qəzası baş verib: xəsarət alanlar var
Hadisə
- 20 fevral, 2017
- 18:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 20 fevral. REPORT.AZ/ Gəncə şəhərində işıqforun qırmızı işığından keçən avtomobil qəza yaradıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, şəhərin Nizami Gəncəvi Prospektində baş verib.
Belə ki, işıqforun qırmızı işığından keçən "Mercedes" markalı avtomobil hərəkətdə olan "QAZ-3110" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Eyni zamanda hadisə zamanı avtomobillərə də ciddi ziyan dəyib.
Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
09:34
Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşüb
Elm və təhsil
09:32
Baba Rzayev: "Azərbaycanda son 7 ildə 51 yarımstansiya tikilib"
Energetika
09:27
Azərbaycanın azad edilmiş ərazilərində 8 yerdə SES tikilir
Energetika
09:27
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq
Futbol
09:19
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Elm və təhsil
09:19
Astarada kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə
09:17
Azərbaycanda son 23 ildə yaradılmış yeni generasiya gücünün həcmi açıqlanıb
Energetika
09:12
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilir
Futbol
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.10.2026)
Maliyyə