Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
- 02 sentyabr, 2018
- 18:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 2 sentyabr. REPORT.AZ/ Gəncə-Samux avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yolun Gəncə şəhərindən keçən ərazisində qeydə alınıb.
Belə ki, "Niva" markalı avtomobillə "QAZ-3110" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Samux rayon Qovlar kənd sakini, 1980-ci il təvəllüdlü Rəşad Gəray oğlu Xəlilov və onun həmyaşıdı Şaiq Elxan oğlu Əhmədov xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
20:09
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub
Xarici siyasət
20:00
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır
Xarici siyasət
19:58
Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir
Xarici siyasət
19:55
Foto
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib
Mədəniyyət siyasəti
19:49
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir
Xarici siyasət
19:40
Səfir: Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını genişləndirmək potensialına malikdir
Xarici siyasət
19:38
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb
Futbol
19:34
"Arsenal"ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub
Futbol
19:21
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir
Digər ölkələr