Gəncədə avtomobil maneyə çırpılıb, xəsarət alanlar var - FOTO

Hadisə
  • 16 mart, 2021
  • 20:03
Gəncədə avtomobil maneyə çırpılıb, xəsarət alanlar var - FOTO

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Gəncə şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəhərin Şərq çıxışında avtomobilinin yol ayrıcına çırpılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.