Gəncədə 55 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

Hadisə
  • 15 iyun, 2017
  • 19:48
Gəncədə 55 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

Gəncə. 15 iyun. REPORT.AZ/ Gəncə şəhərində 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü İsmayılova Şəfiqə Paşa qızı yaşadığı evin həyətyani sahəsindəki ərik ağacından yıxılaraq ağır xəsarət alıb.

O, yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ş.İsmayılovanın vəziyyətinin ağır olduğu bildirilir.