Samux sakini ailə münaqişəsi zəminində özünü bıçaqlayıb
Hadisə
- 12 may, 2017
- 21:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 13 may. REPORT.AZ/ Samux rayon sakini özünü bıçaqlayaraq ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.
Belə ki, rayonun Aşağı Ağasbəyli kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində əsəbləşərək qarın nahiyəsindən özünə bıçaq zərbəsi endirib. Yaralı dərhal yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
O, həkimlər tərəfindən əməliyyata alınıb. Həkimlər R. İmanovun vəziyyətini orta-ağır qiymətləndiriblər.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
11:00
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Biznes
10:57
Kim Çen In Çinin Dandun şəhərinə gəlib
Digər ölkələr
10:55
"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir
İnfrastruktur
10:46
Foto
Özbəkistan Mərkəzi Asiya irsinin qorunması üzrə layihələri BMT-də təqdim edib
Region
10:40
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
Biznes
10:34
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hadisə
10:25
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava
Ekologiya
10:21
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Energetika
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Biznes