Əvvəllər məhkum olunan şəxsdən tapança, patron darağı və patron götürülüb

Hadisə
  • 26 noyabr, 2016
  • 07:39
Əvvəllər məhkum olunan şəxsdən tapança, patron darağı və patron götürülüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Əvvəllər məhkum olunan şəxsdən tapança, patron darağı və patron götürülüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Məlikovdan "Walter PPK-699000" markalı tapança, 1 patron darağı və 7 ədəd patron götürülüb.

44 filmi