DSX: Xəzər dənizində 14 kiloqramdan çox marixuana aşkarlanıb
Hadisə
- 12 fevral, 2024
- 05:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
"Report" xəbər verir ki, fevral ayının 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Lənkəran reydində, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 14.2 mil məsafədə sənaye üsulu ilə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Son xəbərlər
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:35
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir – Yenilənir
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr