DİN Sumqayıtda piyadanın ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə
  • 06 noyabr, 2018
  • 09:02
DİN Sumqayıtda piyadanın ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı məlumat yayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

"Report"un məlumatına görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub. Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.