Dəmiryolu vağzalı yaxınlığında gənc oğlan döyülüb

Hadisə
  • 20 fevral, 2018
  • 02:52
Dəmiryolu vağzalı yaxınlığında gənc oğlan döyülüb

Bakı. 20 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda kütləvi dava zamanı 1 nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, 1989-cu il təvəllüdlü Bağırov Nadir Babaxan oğlu Bakı Dəmiryolu Vağzalının yaxınlığında tanımadığı 3 şəxsin hücumuna məruz qalıb.

O, döyülərək kəllə-beyin travması alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə məlumat verilib.