BŞBPİ: Polis əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı yayılan videogörüntülər araşdırılır
Hadisə
- 03 oktyabr, 2019
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxda polis əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə münasibət bildirib.
BŞBPİ-nin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, İdarə yayılan videogörüntülərdən məlumatlıdır.
Qeyd edilib ki, hazırda araşdırma aparılır, təfərrüatları ilə bağlı məlumat veriləcək.
Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov küçəsində polis əməkdaşı sürücünü cərimə yazmaq üçün saxlayıb. Daha sonra sürücü polis avtomobilinə əyləşib, digər polis əməkdaşı ilə nəsə danışıb. İddia olunur ki, polis əməkdaşları cərimə yazmaq əvəzinə rüşvət alıb və sürücünü yola salıb.
Son xəbərlər
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur