BNA: Bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib

Hadisə
  • 03 iyul, 2018
  • 15:29
BNA: Bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib

Bakı. 3 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) təkrar elektirik kəsintisi ilə əlaqədar sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb. 

Bu barədə "Reporta" BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür: "İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib. Yollarda hərəkətin təhlükəsizliyi üçün bütün sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birilərinə qarşı anlayışlı olmaları tövsiyə edilir".

44 filmi