Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Hadisə
- 23 iyul, 2026
- 23:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın şaxtası boyunca 51p.m. elektrik kabelləri yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Xəsarət alan olmayıb.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Son xəbərlər
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:38
NYT: Ağ Evin mətbuat katibi beş günlük işdən sonra vəzifəsindən çıxarılıb
Digər ölkələr
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
02:10
Tramp Ağ Evin mətbuat katibinin işdən çıxarılmasını təsdiqləyib
Digər ölkələr
01:50
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub
Region
01:28
Foto
"Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib
Energetika
00:56
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Daxili siyasət
00:46
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
Region