Bilgəh Kardioloji Sanatoriyasına quldur basqını zamanı mühafizəçi bıçaqlanıb

Hadisə
  • 15 mart, 2017
  • 05:35
Bilgəh Kardioloji Sanatoriyasına quldur basqını zamanı mühafizəçi bıçaqlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Bilgəh Kardioloji Sanatoriyasından oğurluq etməyə cəhd göstərən şəxs sanatoriyanın mühafizəçisini bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 

Belə ki, Bilgəh Kardioloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib. Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olublar. Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.