Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Hadisə
  • 22 iyun, 2017
  • 23:20
Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Bakı. 23 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, bıçaqlanma "Buta Palace" restoranı yaxınlığında baş verib.

İnsident nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Musa Azər oğlu bıçaqlanıb. Qarın nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə