Bakıda xarici vətəndaşın pulunu və mobil telefonunu alıb qaçan şəxs saxlanılıb
Hadisə
- 30 mart, 2019
- 07:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda xarici vətəndaşın pulunu və mobil telefonunu alıb qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinə müraciət edən əcnəbi vətəndaş Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
09:38
Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb
Daxili siyasət
09:33
Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq
Komanda
09:30
Foto
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
Daxili siyasət
09:20
Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib
Hadisə
09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb
Daxili siyasət
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media