Bakıda üzərində “ölərəm anamı unutmaram” döyməsi olan kişi meyiti tapılıb

Hadisə
  • 25 noyabr, 2016
  • 07:06
Bakıda üzərində “ölərəm anamı unutmaram” döyməsi olan kişi meyiti tapılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda təxminən 50-60 yaşlarında meyit aşkarlanıb.

“Report”un xəbərinə görə, dəmir yolu xətlərinin arasında tapılan naməlum kişi meyitin çiyin nahiyəsində “ölərəm anamı unutmaram” yazısı və aypara ilə ulduz döymələri var.

Faktla bağlı araşdırma aparılır.