Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub
Hadisə
- 02 noyabr, 2018
- 12:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Akif Cavadov və Vasib Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar. Daha sonra əvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar.
Son xəbərlər
21:47
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Region
21:44
Türkiyədə TIR-la mikroavtobus toqquşub, 7 nəfər ölüb
Region
21:36
Polşada terror aktında ölənlərin sayı 6-ya çatıb, 15 nəfər yaralanıb - Yenilənib-2
Digər ölkələr
21:30
Foto
Sevilyada məşhur fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
21:17
Foto
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Daxili siyasət
21:02
Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Digər ölkələr
20:42
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Xarici siyasət
20:33
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Daxili siyasət
20:28
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
Futbol