Bakıda sürücü maşını qadına yol verən avtomobilə çırpıb, piyada yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə
  • 27 noyabr, 2017
  • 06:08
Bakıda sürücü maşını qadına yol verən avtomobilə çırpıb, piyada yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 07:00

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda iki avtomobilin toqquşması nəticəsində yoldan keçən piyada xəsarət alıb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda baş verib.

Pərvin Aslanov idarə etdiyi "Ford" markalı avtomobillə Fətəli Xan Xoyski küçəsində hərəkətdə ikən piyada zolağının qarşısında qəfil əyləci basıb. Bu zaman arxadan gələn və 1987-ci il təvəllüdlü Səmədov Niyazi Arif oğlunun idarə etdiyi "Hyundai İX 35" markalı maşın ona çırpılıb. "Ford" isə zolaqdan keçən piyadaya dəyib. Nəticədə yolu keçən orta yaşlı qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda sürücü maşını qadına yol verən avtomobilə çırpıb, piyada yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

44 filmi