Bakıda qadın ticarət mərkəzlərinin birindən bahalı geyim əşyaları oğurlayıb

Hadisə
  • 10 may, 2018
  • 07:25
Bakıda qadın ticarət mərkəzlərinin birindən bahalı geyim əşyaları oğurlayıb

Bakı. 10 may. REPORT.AZ/ Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” Ticarət Mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.