Bakıda orta yaşlı kişini avtomobil vurub

Hadisə
  • 17 yanvar, 2018
  • 21:55
Bakıda orta yaşlı kişini avtomobil vurub
Report

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

1977-ci il təvəllüdlü Əhmədov Elşən Vahid oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.