Bakıda küçədə 74 yaşlı kişinin meyiti tapılıb

Hadisə
  • 30 noyabr, 2016
  • 10:35
Bakıda küçədə 74 yaşlı kişinin meyiti tapılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı küçələrindən birində 74 yaşlı kişinin meyiti tapılıb.

"Report"un xəbərinə görə, bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində kişi meyiti aşkarlanıb.

Küçədə dünyasını dəyişən şəxsin 1942-ci il təvəllüdlü Adil Süleymanov olduğu məlum olub. A.Süleymanovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Onun ölümünün səbəbləri araşdırılır.