Bakıda iki nəfər aktiv koronavirus xəstəsi saxlanılıb
Hadisə
- 29 may, 2021
- 08:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daxili işlər orqanlarının əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazilərində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlayıb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb.
Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Digər şəxsin Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, oranı özbaşına tərk etməsi müəyyən edilib və xəstəxanaya təhvil verilib.
Son xəbərlər
09:42
Cud Bellinqem "Real"da yeni nailiyyətlərə imza atıb
Futbol
09:37
ADB 2030-cu ilə qədər ilk strateji biznes icmalını təsdiqləyib
Maliyyə
09:35
"Kristal Bakı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:27
Foto
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
Fərdi
09:26
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
Media
09:25
EBRD Azərbaycandakı riteylerin investisiya proqramını dəstəkləməyi planlaşdırır
Maliyyə
09:15
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
Hadisə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.11.2026)
Maliyyə
09:03
Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir
Futbol