Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb

Hadisə
  • 20 iyul, 2017
  • 02:30
Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb

Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib. Nəticədə o qaynatası və qaynanası tərəfindən döyülüb. O bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətləri onun qarın nahiyyəsinə dəyib. Buna görədə qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.