Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə
  • 02 yanvar, 2018
  • 08:09
Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məluamata görə, yanvarın 1-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

44 - Tezliklə