Bakıda gənc oğlanın ayağı sındırılıb

Hadisə
  • 03 sentyabr, 2017
  • 19:01
Bakıda gənc oğlanın ayağı sındırılıb
Foto: Report.az

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Ramana qəsəbəsinin Bünyadov küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bədəlov Hakim Hikmət oğlu tanışı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı tanışı onun sol ayağının baldır sümüyünü sındırıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

44 - Tezliklə