Bakıda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb

Hadisə
  • 19 iyun, 2017
  • 04:44
Bakıda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb
Courtesy İmage

Bakı. 19 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Balaxanı qəsəbəsində 1988-ci il təvəllüdlü Salmanov Altun Ələkbər oğlu yaşadığı evin yaxınlığında küçədə bıçaqlanıb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.