Bakıda avtomobil sərxoş piyadanı vurub
Hadisə
- 08 yanvar, 2022
- 22:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda avtomobil sərxoş piyadanı vurub.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Zabrat qəsəbəsində yüksək sürətli yolun piyadalar üçün nəzərdə tutulmayan yerindən keçən 1978-ci il təvəllüdlü Xudiyev Zaur İba oğlunu “10-KR-811” dövlət nömrə nişanlı, “VAZ-2110” markalı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzikləri və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
11:38
Xəyyam İsmayılov: "BOKT-ların kapitalı son iki ildə 52 % artıb
Maliyyə
11:34
AMB: BOKT-ların verdiyi biznes kreditləri üzrə ehtiyat tələbləri yumşaldılıb
Maliyyə
11:33
Azər Bağırov: "Arsen Venger kimi mütəxəssislə fikir mübadiləsi məşqçilər üçün olduqca dəyərlidir"
Futbol
11:30
Rəhman Hümmətov: "Bakı taksilərin orta yaşına görə Avropada lider şəhərlər sırasındadır"
İnfrastruktur
11:26
Planet FM Qafqazın radio məkanında ilkə imza atıb
Media
11:24
Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək
İnfrastruktur
11:23
Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb
Energetika
11:20
Elnur Soltanov: "Azərbaycanda "yaşıl enerji" ilə qalıq enerjisi arasında bazar rəqabəti güclənir"
Energetika
11:19
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
Digər ölkələr