Bakıda avtobusla yolu keçən piyadanı vuraraq öldürən şəxsin ibtidai istintaqı başa çatıb
Hadisə
- 04 dekabr, 2018
- 14:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda avtobusla yolu keçən piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Cəmil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Ramil Həsənovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il sentyabrın 14-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini C.İsmayılov idarə etdiyi "Daewoo” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Son xəbərlər
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr
01:43
"Turan" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
Komanda
01:28
Tramp ABŞ üçün milyonlarla barel Venesuela neftinin hasilatını elan edib
Digər ölkələr
00:45
Tramp tariflərdən sonra Kanada ilə münasibətlərin yaxşılaşdığını açıqlayıb
Digər ölkələr
00:43
Britaniyalı aktyor Patrik Stüart vəfat edib
Şou-biznes
00:25
Qalibaf: ABŞ ilə danışıqlarda irəliləyiş İranın 7 şərti razılaşdırılandan sonra mümkündür
Region
00:14
Foto
Macarıstan və ABŞ Avropaya LNG təchizatı ilə bağlı memorandum imzalayıblar
Digər ölkələr
23:59
Video
Ziya Bünyadov prospektində qəza səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb - Yenilənib
İnfrastruktur