Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb

Hadisə
  • 03 mart, 2017
  • 07:40
Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Beləki, 28 yaşlı Zahid Fəttahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb.

Ailə üzvləri yanğının qarşısını alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Z.Fəttahovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.