Bakıda 56 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb

Hadisə
  • 01 may, 2017
  • 05:25
Bakıda 56 yaşlı qadın qaynı tərəfindən bıçaqlanıb
Courtesy İmage

Bakı. 1 may. REPORT.AZ/ Bakıda 56 yaşlı qadını qaynı bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Anaşkin küçəsi 10 ünvanında 1961-ci il təvəllüdlü Qurbanova Hürü Qədim qızı qaynı (hələlik adı açıqlanmır) tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər H.Qurbanovanın vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə