Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Hadisə
  • 08 may, 2017
  • 04:10
Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Bakı. 8 may. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Südçülük sovxozu" kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Kazımov Nizami Əmirxan oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.  

44 - Tezliklə