Bakıda 38 yaşlı kişi bıçaqlandı

Hadisə
  • 08 fevral, 2020
  • 21:03
Bakıda 38 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbə sakini, 1982-ci il təvəllüdlü Əliyev Oqtay Əminağa oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun qarın və bel nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov