Bakı sakini Şəmkirdə döyülərək xəsarət alıb

Hadisə
  • 06 may, 2023
  • 19:44
Bakı sakini Şəmkirdə döyülərək xəsarət alıb

Şəmkir rayonunda qadın tanışı tərəfindən döyülərək xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü X.Vəliyeva şəxsi münasibətlər zəminində tanışı tərəfindən döyülərək xəsarət alıb.

Zərərçəkmiş Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Tərəflər arasında mübahisənin hansı səbəbdən yarandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.