Bakıda qardaşını qəbiristanlıqda qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- 18 yanvar, 2023
- 06:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda qəbiristanlıqda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Siyavuş İsmayılovun məhkəməsi başlayır.
"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü S.İsmayılov qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.