Bakı-Balakən sərnişin qatarı yolda qalıb
Hadisə
- 11 avqust, 2018
- 09:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qax. 11 avqust. REPORT.AZ/ Bakıdan Balakənə hərəkət edən sərnişin qatarı yolda qalıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, buna səbəb avqustun 10-da axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsindəki dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsidir.
Ona görə də dünən axşam Bakıdan çıxan və bu gün səhər saatlarında Balakən stansiyasına çatmalı olan qatar Qax rayonu ərazisindəki Kötüklü stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla Qax, Zaqatala və Balakən rayonlarına göndərilib.
Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür.
Son xəbərlər
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət
23:17
Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik
Xarici siyasət
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət