Babək rayonunda minik avtomobili yanıb
Hadisə
- 03 avqust, 2026
- 15:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobili yanıb.
"Report"un yerli bürosu xəbər verir ki, yanğınla bağlı Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında dərhal Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə nəticəsində avtomobilin salon hissəsi yanıb, nəqliyyat vasitəsinin digər hissələri isə yanğından mühafizə olunub.
Son xəbərlər
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr
17:21
İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
Digər ölkələr
17:08
Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb
Biznes
17:02
Tunis Prezidentinə qarşı son illərin ən böyük etiraz aksiyası keçirilib
Digər ölkələr