Azərbaycanda sərnişin qatarının kupesinin tavanından gömrükdən yayındırılan mallar aşkarlanıb
Hadisə
- 20 aprel, 2018
- 05:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiyadan daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.
Vaqonun bələdçisi Rusiya vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:54
Konqresdə uduzan "Tramp"çılar - prezident seçkisində çətinləşəcək qələbə
Analitika
16:53
BP AÇG-də 4D seysmik kəşfiyyatının III mərhələsinə başlamağı planlaşdırır
Energetika
16:53
Foto
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Xarici siyasət
16:50
Foto
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Sağlamlıq
16:49
"Respublika Diaqnostika Mərkəzi"nin rəhbərliyində dəyişiklik olacaq
Biznes
16:47
İstintaq Komitəsi: Karapetyan və digərləri "Elektrik şəbəkələri"nə 177 milyon dollar ziyan vurub - Yenilənib
Region
16:46
"Kapital Bank" yeni konseptli ilk filialı ilə Gəncədə
Maliyyə
16:46
Azərbaycan Estoniya ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
İnfrastruktur
16:39
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Futbol