Azərbaycan vətəndaşının alt geyimində 300 ədəd metadon adlı həb aşkar edilib
Hadisə
- 25 aprel, 2017
- 06:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.
“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama keçirilib.
Yoxlama nəticəsində, vətəndaşın alt geyimində 3 ədəd paketdə 300 ədəd metadon adlı həb aşkar edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 300 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 12,0 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.11.2026)
Maliyyə
08:41
Foto
Video
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
Digər ölkələr
08:32
Video
Qobustanda daha bir körpü yenilənəcək
İnfrastruktur