Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb
Hadisə
- 18 avqust, 2018
- 08:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 18 avqust. REPORT.AZ/ Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Nadejda Məmmədova Kiyevə qardaşının yanına qonaq gedib.
O, Ukrayna vətəndaşı olan qardaşı, 1956-ci il təvəllüdlü Sergey Trenti ilə birgə magistral yolda avtomobill qəzasına düşüb. Belə ki, onların olduqları avtomobil başqa bir avtomobillə toqquşub. Nəticədə bacı və qardaş hadisə yerində ölüb.
Məlumata görə, qəza nəticəsində digər avtomobilin sürücüsü də aldığı xəsarətdən ölüb.
Faktla bağlı Ukraynanın hüquq-mühafizə orqanları araşdırma aparır.
Son xəbərlər
09:04
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi mübarizəyə başlayır
Fərdi
09:04
Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Hadisə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.10.2026)
Maliyyə
08:57
Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
Digər ölkələr
08:40
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:25
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Digər ölkələr
08:19
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:44
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
Region
07:28
Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Digər ölkələr