Antiterror əməliyyatında yaralanan və dünən şəhid olan zabit Salyanda dəfn edilib
Hadisə
- 08 aprel, 2024
- 07:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu il aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu Salyanda dəfn edilib.
"Report"un Aran bürosunun məlumatına görə, dəfndən öncə şəhidin üçrəngli bayrağa bükülmüş tabutu doğulduğu evə gətirilib.
Vida mərasimində şəhidin ruhuna dualar oxunub. Sonra onun nəşi Salyan Şəhidlər xiyabanına aparılaraq torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Son xəbərlər
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol
00:49
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Region
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:42
Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir
Digər ölkələr