Abşeronda xalasının ərini yumruqla öldürən şəxsə hökm oxunub

Hadisə
  • 09 oktyabr, 2018
  • 10:57
Abşeronda xalasının ərini yumruqla öldürən şəxsə hökm oxunub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib. 

44 filmi