Abşeronda iki avtomobil toqquşub, ikisi uşaq olmaqla bir ailənin 5 üzvü xəsarət alıb
- 28 mart, 2018
- 03:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 mart. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsi ərazisində ikisi uşaq olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, "Niva" markalı avtomobil Bakı-Sumqayıt şossesinin Saray qəsəbəsi ərazisində, yol kənarında dayanmış "VAZ-2106" markalı maşına çırpılıb.
Nəticədə "VAZ-2106"da olan 1968-ci il təvəllüdlü Məmmədova Leyli Vəli qızı, 1964-cü il təvəllüdlü Məmmədov Oktay İsa oğlu, 1998-ci il təvəllüdlü Məmmədova Aytac Mətləb qızı, 9 aylıq Məmmədov Oktay Elnur oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Leyli Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü L.Məmmədovanın vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.